Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

16.11.2024

16 noyabr 2024 - cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə "Milli Dirçəliş günü" ilə əlaqədar tədbir keçirdi. Tədbirdə çıxış edənlər  xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını qeyd etdilər.
     Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsaslarının əslində ötən əsrin 60 illərinin sonlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başladığı çıxışlarda xüsusi vurğulandı. Həmçinin çıxış edənlər Heydər Əliyevin Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdiyini bildirdilər. O cümlədən   məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusunun yetişdirildiyi qeyd olundu. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi bazanın da Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı olduğu qeyd olundu.